Futbolçu 10 illik arvadından ona görə boşanır - Fotolar

Futbolçu 10 illik arvadından ona görə boşanır - Fotolar
7374 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şefild Yunayted" forması geyinən 37 yaşlı futbolçu Fil Jaqielka avstraliyalı model Holli Younqa görə 10 illik evliliyini bitirməyi qərara alıb.

Axşam.az xarici mətbauata istinadən xəbər verir ki, 2 uşaq atası olan futbolçunun dostları onun bu qərarını dəstəkləmədiklərini bildiriblər.

"Xanımı Emili onun karyerasının ən çətin zamanlarında yanında olub. Dəstəyini, sevgisini heç vaxt əsirgəməyib. Ailələri dağıldı və artıq geri dönülməsi mümkün deyil" deyə, cütlüyə yaxın mənbə bildirib.

Futbolçu özündən 12 yaş kiçik model üçün 3 milyon dollarlıq evini tərk edib.

Qeyd edək ki, avstraliyalı model ötən il məşhur yamaykalı atlet Huseyn Bolt ilə sevgili olub.