Maestro Niyazinin xatirəsi anılacaq

Maestro Niyazinin xatirəsi anılacaq
3176 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Axşam.az xəbər verir ki, Maestronun adını daşıyan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən video-fraqmentlər nümayiş olunacaq.

Həmçinin, həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı ziyarət olunacaq.