Dünyaca məşhur sənətçi Merilin Manro haqda dəhşətli faktlar üzə çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 1962-ci ildə yüksək dozada sakitləşdirici qəbulu nəticəsində vəfat edən amerikalı aktrisanın morqda ikən çəkilən fotolarının olduğu ortaya çıxıb.

ABŞ-ın Fox News kanalının Merilinin ölümü ilə bağlı hazırladığı sənədli film üçün reportaj  verən fotoqraf Leiqh Vinerin oğlu Devik atasının morqa girərək aktrisanın onlarla fotosunu çəkdiyini deyib. Şəkillərdən bəzilərini işlədiyi jurnala verən Leiqh Merilinin çılpaq pozda çəkilən fotolarını gizlədibmiş. Devik atasının 1993-cü ildə öldüyünü və son günədək həmin şəkillərin yerini demədiyini bildirib.

Qeyd edək ki, aktrisanın ölümündən sonra üzərinə ağ parça sərilmiş fotolarının mediada çıxması Monronun pərəstişkarlarının ciddi etirazına səbəb olmuşdu.

 
 
 
 
 


                 

Digər