Sedanın körpəsini əmizdirdiyi fotosu tənqid edildi

Sedanın körpəsini əmizdirdiyi fotosu tənqid edildi
5960 dəfə oxunub
  • A-
  • A
  • A+

İki gün öncə ana olan aktrisa Seda Bakan yeni paylaşımı sosial mediada gündəm olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o qızını əmizdirərkən çəkilən fotosunu İnstaqram hesabında paylaşıb. Qısa zamanada yüz mindən çox bəyənmə alan foto sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Sedanın bu hərəkətini bəyənənlərlə yanaşı tənqid edənlər də az olmayıb. Onlar bu cür özəl fotoların gizli qalmasının tərəfdarı olduğunu yazıblar.