“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin

“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin
6411 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Pərvin Abıyeva Parisə istirahətə yollanıb.

Axşam.az xəbər verir ki, tətil fotolarını paylaşan sənətçiyə izləyicilərdən biri “Sonradan görənlər silsiləsindən şəkillər dayanmır zalımın qızında” rəyini yazıb.

Onun bu rəyi Pərvini özündən çıxarıb. Aktrisa izləyicisinə belə cavab verib:

“Maraqlıdır ki, bu aqresiya sizdə haradandır? Sizə pul atıb gəzirəm, ya yerinizdə gəzirəm? Çörəyinizi əlinizdən alıram ya nəsə pislik etmişəm? Niyə içinizdə sevgi yerinə kin bəsləyirsiniz? Mən dünyanın çox yerini gəzmişəm, əzizim, sonradan görən dünyanı gəzmir. İçinizə sevgi toxumları əkin, bu rəyi yazmağa sizə milyonlar vermirlər”.

Qeyd edək ki, P.Abıyeva Azərbaycanda ən çox müzakirə olunan məşhurlardan biridir.