"Üstümə hücum edib, üzümə tüpürdülər"

"Üstümə hücum edib, üzümə tüpürdülər"
5677 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ən çox izlənilən seriallarından biri olan "Avlu"nun aktrisası Nursel Köse Almaniyada yaşadığı xoşagəlməz hadisədən bəhs edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, küçədə bir neçə dəfə hücuma məruz qaldığını deyib.

"Qaşlarım və gözlərim qara olduğu üçün məni əhatəyə aldılar. Üstümə hücum edib üzümə tüpürməyə başladılar. Hər dəfəsində möcüzə sayəsində qurtuldum. Bu hadisə Almaniyadan soyumama səbəb oldu" deyə, aktrisa bildirib.

Nursel həmin hadisədən sonra güclü psixoloji sarsıntı keçirdiyini deyib.