Sentyabrın 15-də Tunisdə prezident seçkiləri keçiriləcək.

Axşam.az xəbər verir ki, prezidentliyə namizədliyini irəli sürənlərdən biri də homoseksual olduğunu gizlətməyən vəkil Münir Baturdur. Liberal partiyasından olan vəkil sosial şəbəkədə tez-tez ölüm təhdidləri aldığını bildirib. Batur ona qarşı çıxanlarla yanaşı dəstəkləyənlərin də çox olduğunu vurğulayıb.

Vəkil LGBT üzvlərinə "xəstə" deyənlərə səslənib: "Əgər xəstəlik dediyiniz homeseksuallığa bir dərmanınız varsa, onu bizə verin Tunis tibb üzrə Nobel mükafatını qazansın".

Qeyd edək ki, Batur 2013-cü ildə 17 yaşlı gənclə münasibət qurduğu üçün ölkə qanunlarına uyğun olaraq 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.



                 

Digər