“İt gəzdirən xanım” növbəti dəfə səhnədə

“İt gəzdirən xanım” növbəti dəfə səhnədə
3638 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 28-də A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Axşam.az xəbər verir ki, Leyla Atayevanın quruluşunda nümayiş olunacaq səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.