Fransız rejissoru Jan-Pyer Moki vəfat edib.

AAxşam.az xarici mətbuata istinadən xəbər verir ki, 91 yaşlı rejissor evində dünyasını dəyişib.

Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi “Məğlub edilmişlər” filmindəki rolu məşhurlaşdırıb.

Rejissor bundan əlavə onlarla film çəkib. Dəfələrlə ssenarist, montajçı, prodüser və aktyor kimi çıxış edib.



                 

Digər