“Erkenci kuş” bitdi - Fotolar

“Erkenci kuş” bitdi - Fotolar
5450 dəfə oxunub
  • A-
  • A
  • A+

Maraqla izlənilən “Erkenci kuş” serialı final edib.

Axşam.az xəbər verir ki, ekran işi ötən gün 51-ci bölümü ilə sevənləri ilə vidalaşıb.

Baş rollarında Demet Özdemir və Can Yamanın oynadığı serialın final bölümü ilə bağlı hər iki sənətçi ürək sözlərini yazıb.

Can Yaman “Erkenci kuş” sadəcə Türkiyədə yox, dünyanın bir çox ölkəsində səs gətirən, qatıldığı bütün səsvermələri alt-üst edib, mükafatlara doymayan, çox özəl, janrının ən yaxşılarından və fenomen bir iş oldu. Aurası ilə çəkilişlərdə hər kəsin enerjisini yüksəldən, daha da keyflə işləməsinə xidmət edən və zarafatları ilə hamımızı güldürən partnyorum Demet Özdemirə çox təşəkkür edirəm” deyə, bildirib.

D.Özdemir də onu cavabsız qoymayıb:

“Hər şey üçün çox təşəkkür edirəm. Yaxşı ki, sən… Yolun aydınlıq olsun. Heç şübhəm yoxdur ki, ən gözəl işlər sənin olacaq”.