Səbinə Moskvada "Bentley"lə qəzaya düşdü

Səbinə Moskvada "Bentley"lə qəzaya düşdü
6817 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada yaşayan azərbaycanlı iş xanımı Səbinə Ağalarova avtomobil qəzası keçirib.

Axşam.az xəbər verir ki, onun idarə etdiyi "Bentley" markalı maşın "Qazel"lə toqquşub. Səbinə heç bir xəsarət almayıb. Amma avtomobili əzilib.

"İşıqforda dayanmışdım. Arxadan siqnal səsləri eşitdim, qəfildən maşın avtomobilimə çırpıldı. Məlum oldu ki, həmin yük avtomobilini də arxadan başqa maşın vurub. Heç kim xəsarət almayıb" deyə, Ağalarova mediaya açıqlamasında bildirib.

Qeyd edək ki, Səbinə Moskvada məşhur butiklərin sahibidir. Rusiya mediası onu Xalq artisti Emin Ağalarovun bacısı kimi təqdim edib. Səbinə Eminin əmisi qızıdır.

Amma E.Ağalarovun Şeyla adlı bir bacısı var. Onlar biznesmen Araz Ağalarovun övladlarıdır.