Rusiyalı prodüser Elena Deniseviç “Rus kölə” adlı yeni serial ekranlaşdırır.

Axşam.az-ın əldə etdiyi məlumata görə, ilin ən gözlənilən serialı kimi təqdim edilən ekran işi tarixi janrdadır.

Serialda rusiyalı və gürcü aktyorlarla yanaşı, həmyerlimiz Kamran Ağabalayev də yer alacaq.O, ekran əsərində Bəyazıd ağa obrazına həyat verəcək.

Serialın çəkilişləri Türkiyədə və Rusiyada aparılacaq.

Qeyd edək ki, bu, Elena Deniseviçin tarixi janrda olan ilk serialı deyil. O, bundan öncə “Qızıl ordu” adlı ekran işini ərsəyə gətirib.

 
 


                 

Digər