Azərbaycanlı gənc reper Eddie Bueno “Neçə gecəlik” adlı yeni klipini dinləyicilərə təqdim edib.

Axşam.az xəbər verir ki, klip “YouTube” video portalında yayımlanıb. Musiqi müasir “Deep house” janrında ərsəyə gətirilib. Mahnının sözlərində olan “De, neçə gecəlik bizim sevgimizin müddəti?” sözləri sosial şəbəkə izləyicilərinin diqqətini cəlb edib.

Reperin prodüseri Əliş Abdulla bildirib ki, klipin çəkilişinə 2 aydan çox vaxt sərf olunub. Klipdə hadisələr 3 fərqli məkanda cərəyan edib.

Qeyd edək ki, klipi gənc rejisor Müseyib Qasımov ekranlaşdırıb.



                 

Digər