Boş yer tapmayıb, pilləkəndə əyləşdi - Fotolar

Boş yer tapmayıb, pilləkəndə əyləşdi -  Fotolar
5714 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən günü Milli Kino günü münasibətilə Nizami Kino Mərkəzində Kinematoqrafçılar İttifaqının tədbiri keçirilib.

Tədbirə bir çox incəsənət nümayəndəsi təşrif buyurub. Onların arasında Əməkdar artist Gülzar Qurbanova da yer alıb.

Axşam.az-ın obyektivinə tuş gələn sənətçi məkanda boş kreslo olmadığından yerdə əyləşib.

Onun bu hərəkəti ətrafdakıların diqqətini cəlb edib. Bir neçə dəqiqə sonra aktrisanın kresloda əyləşməsi üçün şərait yaradıblar.

Qeyd edək ki, tədbirdə əsas yerləri gənclər tutduğuna görə, bir çox Xalq artisti, qocaman sənətçilər ayaq üstdə qalıb, eyni zamanda ən arxa sıralarda əyləşməyə məcbur olublar.