Bakıda "Caz axşamı"

Bakıda "Caz axşamı"
3192 dəfə oxunub
  • A-
  • A
  • A+

“YARAT Freestyle” layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində pianoçu Seymur Əliyevin rəhbərliyi ilə “Caz axşamı” adlı konsert proqramı təşkil olunub.

Axşam.az xəbər verir ki, konsertdən əvvəl iştirakçılar rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə yaxından tanış olublar.

Sonra konsert proqramı təqdim edilib. Konsert zamanı qabaqcıl yerli caz musiqiçilərinin ifasında hit olan mahnılar səsləndirilib.

Qeyd edək ki, Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin və Finlandiyanın Türkü Musiqi və Rəqs Konservatoriyasının məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir. O, bir çox beynəlxalq və yerli festivalların iştirakçısıdır.