Oturaq işdə çalışanlar mütləq bunu oxusunlar

Oturaq işdə çalışanlar mütləq bunu oxusunlar
4204 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir peşənin özünün "xüsusi" xəstəliyi var. Oturaq iş rejimində işləyən, bütün günü kompüter qarşısında oturanlar bədənindəki ağrılardan şikayətlənirlər. İnsanların əhəmiyyət vermədiyi bu ağrılar vaxt keçdikcə daha ağır xəstəliklərə çevrilir. Bunun nəticəsində peşə xəstəlikləri meydana gəlir.

Axşam.az xəbər verir ki, oturaq iş rejimində işləyənlər aşağıdakı xəstəliklərdən əziyyət çəkirlər:

Ürək-damar xəstəlikləri

Kompüter qarşısında ara vermədən oturmağın sağlamlığın üçün nə qədər təhlükəli olduğunu özünə sübut etmək üçün bunu yoxla: əllərini bir neçə dəqiqəlik klaviaturadan çək, necə oturduğuna fikir ver. Çiyinlərin əyilib? Boynunda ağırlıq hiss edirsən? Başın ön və ya yana doğru əyilib?

Bu vəziyyət onurğa sütununun əyilməsinə, damarların zədələnməsinə və beyinə qan getməməsinə gətirib çıxarır. Bu zaman yaddaş zəifləyir, insan tez-tez baş ağrısından şikayətlənir, təzyiq qalxır. Bu həm də ürək-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur.
Nə etməli?
Tez-tez duruşunu dəyişməyə çalış. Əgər çiyinlərində və boynunda ağrı hiss etsən, barmaqlarınla həmin yeri masaj et. Ən az 10 dəqiqəlik kompüterin qarşısından uzaqlaş. Ən əsası isə bu məlhəmi iç:
Termosa 0,5 litr qaynar su tök. 2 xörək qaşığı qurudulmuş kalenduladan götürüb, termosa əlavə edib, 1-2 saat saxla. Bu qarışıqdan gün ərzində üç dəfə 1/3 stəkan iç.

Göz quruluğu sindromu

Oftalmoloqlar bu xəstəliyə «ofis sindromu» deyirlər. Kompüter qarşısında, havasız, bağlı otaqda çox oturmaq göz suyunu qurudur. Gözdə qum varmış kimi hiss etmək, qızartı quruluğun əlamətləridir. Əgər xəstəliyin üstünə düşüb, vaxtında müalicə etməsən tezliklə əməliyyat masasına uzunmalı olacaqsan.
Nə etməli?
Hər 45 dəqiqədən bir fasilə vermək lazımdır. Bu hərəkətləri etmək gözdəki yorğunluğu atmağa kömək olacaq:
1. Əvvəlcə uzaq bir yerə, sonra burnunun ucuna bax.
2. Yuxarı aşağı, sonra sağa-sola bax.
3. Gözlərini yum, yavaşca barmağınla ovuşdur. Bu qan dövranını yaxşılaşdırır.
4. Gözünü qəfildən yumub aç.
Məlhəm: 2 xörək qaşığı suya yarım çay qaşığı bal töküb qarışdır. Bu məlhəmdən gündə iki dəfə 2 damcı gözə tök.

Bilək qıcolması

Kompüterin «mışkasını» tərpətməkdən biləkdə ağrılar baş verə bilər. Hətta ağrılar bəzən biləkdə qıcolmaların baş verməsinə də gətirib çıxarır. Bu damarlarda qan dövranının pozulmasına səbəb olur.
Nə etməli?
Bunun ən yaxşı çıxış yolu biləyi tez-tez nanə yağı ilə masaj etməkdir. Əgər bu kömək etmirsə, demək xəstəlik çox irəliləyib. Dərhal həkimə müraciət edin.

Xroniki yorğunluq sindromu

Bu sindroma daha çox qadınlarda rast gəlinir. Sindrom zamanı oynaqlarda, əzələlərdə ağrılar olur, özünü taqətsiz hiss edirsən. Heç bir işi etməyə həvəsin olmur. İnsanlar bunu soyuqdəymənin əlaməti hesab edirlər.
Nə etməli?
Bu orqanizmdə yod çatışmazlığının əlamətidir. Gecə yatmazdan əvvəl sinənə və belinə yod çək. Əgər səhər iz qalmırsa, demək yod çatışmazlığından əziyyət çəkirsən. Bunun üçün…
· Gün ərzində çoxlu dəniz və süd məhsulları, yumurta ye.
· Bu bəladan qurtulmaq üçün sənə aromaterapiya kömək edəcək. Vannanı isti su ilə doldurub içərisinə bir neçə damcı lavanda və ya reyhan yağı tök. İsti vanna qəbul etmək səni rahatladacaq.