Beynəlxalq Festivaldakı obrazına görə mükafatlandırıldı

Beynəlxalq Festivaldakı obrazına görə mükafatlandırıldı
4372 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova mükafatlandırılıb.

Axşam.az xəbər verir ki, buna səbəb onun Rotterdam Beynəlxalq Kino Festivalında mükafat alan “Mövsümün sonu” filmindəki Fidan obrazıdır.

Sənətçi “Baş rolun psixoloji cəhətdən dəqiq ifasına görə” nominasiyası üzrə qalib olub.

Bu barədə ifaçı sosial media hesabında yazıb. O, mükafatı bütün kollektiv adına qəbul etdiyini bildirib.

Qeyd edək ki, ekran işində Əməkdar artist Rasim Cəfər də rol alıb. Film Rotterdam Beynəlxalq Kino Festivalında “Fipresci” mükafatı ilə təltif edilib.