Mədəniyyət Nazirliyi Bakının Yasamal rayonu M.Əliyev küçəsi 150 ünvanında tarixi abidə olduğu iddia edilən binanın sökülməsinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov “Report”un sorğusuna cavab olaraq deyib ki, həmin ünvandakı həmin yaşayış binası tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısına daxil deyil.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə məlumat və şəkil paylaşılıb. 




                 

Digər