Moruq yeyərək arıqlayın

Moruq yeyərək arıqlayın
6855 dəfə oxunub
  • A-
  • A
  • A+

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir.

Axşam.az xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itirə bilərsiniz.

1-ci gün:

Səhər - 100 qram yağsız kəsmik, moruq istəyə bağlı olaraq 1 ç.q bal
İkinci səhər yeməyi – süd və moruq
Nahar – suda bişmiş toyuq əti, 250 qram moruq
Şam - moruqla hazırlanan süd kokteyli

2-ci gün:

Səhər – 250 ml. yağsız yoqurt, 100 qram moruq
İkinci səhər yeməyi – 2 ç.q təmiz bal əlavə edilmiş 200 qram təzə moruq
Nahar – 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti
Şam – 200 qram təzə moruq və 10 fındıq və ya 5 qoz ləpəsi

3-cü gün:

Səhər – 200 ml. yağsız kefir, 100 qram moruq
İkinci səhər yeməyi – 5 dənə qoz və 200 qram təzə moruq
Nahar – 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm salatı
Şam - moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma

Qeyd edək ki, bu pəhriz sayəsində çəki atmaqla yanaşı, eyni zamanda toksinlərdən azad olacaqsınız.