Xalq artisti Emin Ağalarov "Нежная" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, ekran işinə Cennifer Lopes, Enrike İqlesias kimi məşhurların klipini çəkən Cessi Terrero rejissorluq edib.

Klipin baş qəhrəmanı "Miss Mundo Republica Dominicana 2017" Aletxa Mueses olub. Emin bildirib ki, ekran işi Dominikanda lentə alınıb:

"Ölkənin rəngarəngliyi və ətrafın gözəlliyi işimizi daha da möhtəşəm etdi. isti klip rəqslərlə zənginləşdirilib. Mahnının yazdıranda istədim ki, klipi məhz Cessi lentə alsın. Çünki onun işləri rəngarəng və əsl yay ab-havalıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq".



                 

Digər