Elzadan yeni şeir - "Məti mətdən mət yaradan mətbuat"

Elzadan yeni şeir - "Məti mətdən mət yaradan mətbuat"
1751 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Axşam.az xəbər verir ki, müğənni, milli məbuat gününə həsr etdiyi "Əkinçi"adlı şeirini "İnstagram" səhifəsində paylaşıb.

Həmin şeiri təqdim edirik: 

Əkinçi...

Mətbuatda bata - batdı
Söz xəzinəsində
Cıdır düzü, atı çapdı
Göl zəmisində
Boranı çoxdu, qışı yazdı
Mətin-mətin sözün mət olsun
Mətbuat
Mətdən doğan Mətbuat
Məti mətdən mət yaradan
Mətbuat
Sözü Mədhdən Mədh edəsiz
Sözü atdan atlana
Addım-addım mat edəsiz
Hər əzaba qatlana
Sözü altdan qazıb-qazıb
Neft edəsiz
Dəryalardan qızıl balıq
Təkin sözün 3 arzusu
3 ümmanı, 3 gümanı
o zamanı, bu zamanı
o zaman, bu zaman
o qananı, bu yalanı
Bu, bu mətdi bu.
Atdı bu,
Şehdi Vazeh,
Mehdi Qulu
Bu Sabirdir, Ələkbərdir.
Bu Mirzədir, Fətəlidir.
Felyetonlar mətindən.
Mət yaranır.
Polemika balından,
Bal kəsilir.
Va alleykuma gözündən
Göz açılır.
Nəzirələr sözündən
Söz yaranır
Qələmindən od yağır
Zərdabilər.
Zər qədrini zər bilər.
Nə əkərsən, onu biçərsən
Əkinçi.
Ək bitsin inci-inci.
Atdı bu, çapdı bu.
Çapa-çapa çatdı bu
Tapdı bu, yazdı bu.
Qələminiz müdrük- müdrük
Şirin-şirin, həzin-həzin
Yalvarsın O, Allaha
Qaytarsınlar aldıqlarını
Qaytarsınlar aldıqlarını
Topxanaya, Qarabağa
İsa Bulağının yanına gedək
Qapa-qapa qabağa gedək
Mətbuat yerli- dibli
Mövhumat sirli-sirli
Təsürat gizli-gizli
Məlumat isti-isti
Yalan söz pisdi-pisdi.
Çap çaparaq,
Qap qoparaq
Mətbuatdı, köhlən atdı
Qır atdı
Qırdı atdı
Kimi çapdı,
Kimi çatdı
Kimi yazdı
kimi atdı
Mənim dostum mətbuatdı.