"Ölüm hökmü qayıtmalıdır" - Nürəddin Mehdixanlı

"Ölüm hökmü qayıtmalıdır" -  Nürəddin Mehdixanlı
1538 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nürəddin Mehdixanlı sosial şəbəkədə yayımlanan Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması xəbərinə şərh yazıb.

Axşam.az xəbər verir ki, aktyor qəzəbini gizlədə bilməyib və ölüm hökmünün çıxarılmasını mütləq hesab etdiyini vurğulayıb:

"Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi, ölüm hökmünün ləğv edilməsidir".

Qeyd edək ki, Sumqayıtda nənəsigilə qonaq gələn 8 yaşlı qız 55 yaşlı kişi tərəfindən qaçırılıb. Həmin şəxs uşağı aldadaraq, yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq, bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.