"Мисс Москва-2015" qalibi Oksana Voevodinanın ötən il ərə getdiyi Malayziya kralı V Məhəmməddən boşandığı ortaya çıxıb.

Axşam.az xəbər verir ki, Malayziya saytları bişanmanın iyulun 1-də gerçəkləşdiyini yazıb. 49 yaşlı Məhəmməd və 29 yaşlı Oksana bir daha evlənə bilməz.

Model boşanması ilə bağlı sualları cavabsız qoyub. O, sosial şəbəkədə ərinə sevgi etirafları ilə dolu olan paylaşım edib. Modelin rəfiqəsi Tatyana Andreyeva onun hazırda Moskvaya qayıtdığını deyib:

"Oksananın heç bir günahı yoxdur. Əri onunla niyə belə davrandı bilmirik. Oksana Məhəmmədi çox sevir".

Vəkil isə "Boşanma ilə mən məşğul olmamışam, bilmirəm. Uşaq isə Malayziya sultanlarından biridir. Oksana kralın köməkliyi ilə yaşayır. Onun bütün maddi problemlərini həll edir" sözlərini deyib.

Qeyd edək ki, Oksana və Məhəmmədin oğlu bir neçə ay əvvəl doğulub.



                 

Digər