İlisu qoruğunda yanğın

İlisu qoruğunda yanğın
841 dəfə oxunub
  • A-
  • A
  • A+

Gecə saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib.

Axşam.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 hektar sahədə və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 10 hektarlıq sahədə baş verib.

Yanğın nəticəsində kol-kos yanıb, qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.