Sevda Ələkbərzadə yeni evinə niyə köçmür?

Sevda Ələkbərzadə yeni evinə niyə köçmür?
2500 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mənim üçün ev almağımın mənəvi tərəfi daha önəmlidir. Bu, çox böyük dəstəkdir. Sənətimin 30 illiyi ərəfəsində Prezident tərəfindən belə bir hədiyyə məni gözəl duyğuların ağuşuna atdı”.

Bu sözləri bir neçə həftə öncə Prezident tərəfindən ev mükafatına layiq görülən Əməkdar artist Sevda Ələkbərzadə Axşam.az-a açıqlamasında deyib.

Sənətçi bildirib ki, hədiyyə onun üçün sürpriz olub:

“Ev hədiyyəsi almaq arzum idi, amma gözləmirdim ki, mənə də verilər. Təzə evimə köçməmişəm. Hələki təmir işləri gedir”.

Müğənni türkiyəli ifaçı Murat Bozun onun haqda dediyi fikirlərə də münasibət bildirib:

“Murat Boz və digər həmkarlarımdan tərif eşitmək xoşdur. Mənə Türkiyədən musiqiçilər çox yazırlar. Heç vaxt orada reklam olunmamışam, türkçə mahnılar yazdırıb “promotion” etməmişəm. Ancaq tanıyırlar. Türkiyədə olanda ara-sıra insanlar yaxınlaşırlar. Bu, mənim üçün dəyərlidir.

Lakin haqqımda ən dəyərli fikir dahi sənətkarımız Müslüm Maqomayev tərəfindən səsləndirilib. Onunla fəxr edirəm, həmkarlarımın düşüncələri isə sadəcə xoş gəlir”.

S.Ələkbərzadə yeni mahnılarını payızda təqdim edəcəyini söyləyib. O, həmçinin bir neçə ildir konsert verməməsinin səbəbini də açıqlayıb:

“Bilərəkdən konsertə stop demişəm. Görürəm ki, insanlar konsert verməyimi istəyir. Hara gedirəmsə, bunu soruşurlar. Onlar darıxırlar. Mənim üçün bu, vacibdir. Yəqin ki, gələn il konsert verəcəm”.

Pərviz HÜSEYN