Şəki Xan Sarayında yaralananlarla bağlı son məlumat

Şəki Xan Sarayında yaralananlarla bağlı son məlumat
1429 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyətini açıqlayıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır. Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Bakıda Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil, həyati təhlükələri yoxdur.