"Övladlarınız arasında fərq qoymayın" - Safurə

"Övladlarınız arasında fərq qoymayın" -  Safurə
4615 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva övladlarının fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi valideynlərə məsləhətlər verib. O, uşaqları arasında fərq qoyan valideynləri qınayıb:

"Övladlar arasında münasibət analardan asılıdır. Bu çox doğru edilən addım və övladına verə biləcəyin psixoloji tərbiyədir. Onlara qarşı olan bütün addımlarınız doğru olmalıdır. Bunu o qədər bərabər bölüşdürməlisiniz ki, onlar fərq hiss etməsin, diqqətsizlikdən əziyyət çəkməsinlər. Bu qısqanclığa və gələcəkdə problemlərə yol aça bilər. Ona görə də hər şey sizdən asılıdır. Balaca bir məsləhəti bölüşmək istədim".

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var.