Xalq artisti Brilliant Dadaşova yeni klipinin çəkilişlərinə start verib.
Axşam.az xəbər verir ki, onun ekran işində geyindiyi iddialı libas maraq doğurub.
Belə ki, qısa şortla pencək geyinən sənətçi kombinini “Gucci” kəmərlə tamamlayıb.
Müğənninin yaşına rəğmən fit bədən quruluşuna malik olması diqqətdən yayınmayıb. Dadaşovanın stili üzərində Elnur Həsənov çalışıb.