Cavid Gül dövlət qurumlarını tənqid etdi

Cavid Gül dövlət qurumlarını tənqid etdi
2258 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Cavid Gül sosial media hesabında “Azərsu”, “Azərişıq” və “Azəriqaz”ı tənqid edib.

Axşam.az xəbər verir ki, aparıcı onların düzgün iş sisteminin olmamasında günahlandırıb:

“Bu qurumların nəzərinə çatdıraq ki, 21 əsrdir. Əgər bu nemətlərdən istifadə ediriksə, ödəniş etmək borcumuzdur. İş, hadisə olanda anlayışlı şəkildə səbr etmək də həmçinin. Problemi həll etmək və bu barədə məlumat vermək isə sizin borcunuzdur, dəyərli qurumlar”.

Daha sonra C.Gül yazdıqlarına əməkdaşımızla söhbətində belə aydınlıq gətirib:

“Dəfələrlə xəbərdarlıq etmədən suyu, qazı kəsirlər. Bu gün də eynisi baş verib. 21 əsrdir - müasir texnologiyalar dövründə yaşayırıq. Nömrə bazası yaradılmalıdır. İnsanlar xəbərdar edilməlidir. Ancaq edən yoxdur. Cəzasını isə biz çəkirik”.