Əməkdar artist Kəmalə Müzəffər illər əvvəl olan toyunun fotosunu bölüşüb.

Axşam.az xəbər verir ki, aktrisa toy xatirələrini bölüşüb:

"1990-cı il, iyul... Çox isti idi. Əlimi uzadıb su içmək istəyən kimi anam kənardan tərs-tərs baxırdı. Qorxudan əlimi çəkirdim. Toyun sonuna kimi sakitcə, dinməz-danışmaz, susuzluqdan yana-yana oturdum. Toyun sonunda "Vağzalı" ilə bizi yola salanda anama baxdım, çox xoşbəxt idi. Çünki onun istədiyi kimi gəlin olmuşdum: başıaşağı, dinməz, tərpənməz. Elə mən özüm də xoşbəxt idim, anamı razı saldığım üçün. Çox sağ ol ana, qadağaların, olmazların məni mən etdi".



                 

Digər