Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi: "Onların eqosu..."

Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi:  "Onların eqosu..."
4637 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Mətanət Əsədovaya əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, Əsədovanın efirə zəng etmək və bir şəxslə bağlı danışmaq istədiyini şərt qoyması Toliki özündən çıxarıb. Prodüser qarşı tərəfin ünvanına sərt sözlər deyib:

"Səmimiyəm, nə var deyirəm. Mətanət Əsədova yazıb ki, məni efirə qoş. Redaktorumuza isə yazıb ki, yalnız Orxan haqda danışacam. Sənə Şəbnəm, Rəsul, yoxsa Hüsniyə haqda danış dedim? Ürəyin istəyirsə, zəng vur. Mənlə bağlı da danışma. Amma şərt qoyma.

Müğənnilərin eqosunu başa düşmürəm. Fatimənin salonunun açılışına getdim. O qədər yalançı öpüşmələr, simalar gördüm ki... Ona görə də dəvətlərə getmirəm. Bundan sonra da istəyirsiz verilişə gəlin, istəmirsiz gəlməyin".