"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova

"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" -  Məleykə Əsədova
5792 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hələ dincəlmirəm. Tamaşalarımız var. Ayın 17-dən sonra istirahətimiz başlayır. Təkcə 5 günlük Məşhəd ziyarətinə getdim".

Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib. Məşədi xanım olan aktrisa ziyarətindən danışıb:

"Hər il ziyarətə gedirəm. Hələ namaz qılmağa özümü hazır hiss etmirəm. İnşallah, o da qismət olar. Həcc ziyarətinə getmək istəyirəm. Amma düşünürəm ki, ordan qayıdanda namaz qılmaq mütləqdir. Hazır olanda, ora da gedəcəm.

Bu il Avropaya səfər edəcəm. Əvvəl sanatoriyaya yollanacam".

Xeyli çəkin atan aktrisa heç bir pəhriz saxlamadığını bildirib:

"Pəhriz saxlamıram. Allah gözəl yaradıb da, nə edim".

Əsədova ölkə başçısının evlə mükafatlandırdığı sənət dostlarından da söz açıb:

"Çox sevinirəm. Sənət adamları zəhmətkeşdilər. Onlar bu mükafata layiqdirlər. Mən beləyəm, hər kəsin uğuruna sevinirəm".

Məleykə bildirib ki, qızı Gülərə ciddi qadağalar qoyur:

"Allah məni sevməyənin də balasını qorusun. Qızım çox oxuyur. Politoloq olmasını istəyirəm. Qızım ingilis dilində təhsil alır. İndi də kitablar oxuyur. Ona interneti gündə bir neçə saat verirəm. Onda isə internetdən kitablar oxumalıdır. Qızıma nəin ki sosial şəbəkə, telefon da qoymuram. Nə danışırsınız, qızım İnstaqrama girə bilməz".

Əsədova seriallara dəvət aldığını desə də, hələ çəkilmək niyyəti olmadığını etiraf edib:

"Serial istəyirəm. Dəvətlər də alıram, rejissorlar sağ olsun. Sənətimi sevirəm, gərək bütün hər şey ürəyimə yatsın ki, razılaşım. Bir Məleykə ilə serial olmaz. Rejissor, yaradıcı heyət, digər aktyorlar da bir-birini tamamlamalıdır. Bu yaxınlarda Tehranda oldum, orada da insanlar yaxınlaşırdı, şəkil çəkdirirdi. Deyirdilər ki, siz Əfsanəsiniz? Xoşbəxtəm, 30 ildir bu şöhrəti qoruyub saxlayıram".

Foto: İlqam Cəbiyev