Engin Akyürek qərarını verdi

Engin Akyürek qərarını verdi
4601 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kara Para Aşk" serialından sonra "Ölene Kadar"la tamaşaçıların qarşısına çıxan aktyor Engin Akyürek bir müddət yaradıcılığına fasilə verib.

Axşam.az xəbər verir ki, Engin yeni mövsümdən efirlərə qayıtmağı planlaşdırır.

Akyürek "Star TV"də efirə gedəcək "Sefirin Kızı" adlı serialda rol alacaq. Aktyor ekran işində Sancar obrazını canlandıracaq.