49 yaşlı Meray Keri Amerikanın "Cosmopolitan" dərgisinin avqust buraxılışının qəhrəmanı olub.

Axşam.az xəbər verir ki, müğənni təkcə fotolar çəkdirməyib, həm də müsahibə verib. Şəxsi həyatından danışan Meray çox az sayda kişi ilə münasibətdə olduğunu söyləyib:

"Həyatımda indiyənə kimi cəmi 5 kişi olub. İnsanlar buna inanmayacaq, çünki onların düşündüyü rəqəb daha böyükdür. Başqa məşhurlarla müqayisədə bu çox azdır".

Keri iki dəfə rəsmi nikahda olub. Onun ikinci əri, musiqiçi Nik Kennondan əkizləri dünyaya gəlib. Üçüncü dəfə ərə getməyə hazırlaşan müğənni milyarder Ceyms Pekerlə nişanlı idi. Onlar nikah masasına oturmadan ayrılıb. İndi isə Meray 36 yaşlı rəqqas Brayn Tanako ilə sevgilidir.



                 

Digər