Şeyxin qaçan arvadı ilə bağlı iddia - Ərinə xəyanət edib

Şeyxin qaçan arvadı ilə bağlı iddia -  Ərinə xəyanət edib
4660 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyinin baş naziri, şeyx Məhəmməd ben Rəşid Al Maktuminin arvadı, 45 yaşlı Haya bin al Hüsseyinin ölkədən qaçması ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Axşam.az xəbər verir ki, "The Times" qəzeti şeyxin arvadını xəyanətdə günahlandırdığını yazıb. Bildirilib ki, haya cangüdəni - Britaniya ordusunun keçmiş əsgəri ilə eşq yaşayırmış. qadın dəfələrlə ondan gələn bahalı hədiyyələri qəbul edib və ona diqqət göstərməyə başlayıb.

Hətta Məhəmməd ben Raşid Londonda bağına gedərkən arvadını onunla birlikdə tutub. O, altı arvadından biri olan hayanın cangüdənlə səmimi münasibətinə qəzəblənib. Bunu görən şeyx şahzadəyə təcili Dubaya qayıtmasını əmr edib.

"Sən ən dəyərli şeyi - mənim güvənimi itirdin. Həm də əsl simanı göstərdin. Artıq mənim yanımda sənə yer yoxdur. Vecimə deyil, sən öləcəksən, ya sağ qalacaqsan" deyə, şeyx sosial şəbəkədə yazıb.

Qeyd edək ki, iyunun sonunda Hayanın övladlarını da götürüb Almaniyaya qaçdığı yazılmışdı. Daha sonra onun Londonda gizləndiyi bəlli olub. O, özü ilə birlikdə 40 milyon dollar oğurlayıb.