3,2 milyard dəyərində sərvəti olan Rusiyanın ən varlı iş adamlarından biri - İqor Kesaev evlənib.

Axşam.az xəbər verir ki, "Forbes"in siyahılarında hər zaman adı yer alan 52 yaşlı biznesmen "Мисс Блонд Украина – 2013" seçilən Olqa Klimenko ilə yaşadığı eşqi rəsmiləşdirib.

Məşhur model ərinin telekanalı olan "World Fashion"da aparıcı kimi çalışır.

Qeyd edək ki, milyarderin birinci həyat yoldaşı Stella Kesaeva incəsənətlə məşğuldur. Onun böyük qızı da qalereya sahibidir. Oliqarx hələ 2016-cı ildə ailəli olduğu ərəfədə sevgilisi ilə tədbirlərə qatılır, Ukrayna gözəli ilə eşq yaşadığını gizlətmirdi. O, ilk arvadından 2017-ci ildə rəsmən boşanıb.



                 

Digər