Aktrisa pərəstişkarının ona təcavüz etdiyini açıqladı

Aktrisa pərəstişkarının ona təcavüz etdiyini açıqladı
4725 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa, Yeşilçamın "Bayan Popo" ləqəbi ilə tanın məşhuru Sevtap Parman etirafları ilə hər kəsi şok edib.

Axşam.az xəbər verir ki, "Playmen" dərhisinə verdiyi pozlarla məşhurlaşan aktrisa Tarık Akanla oynadığı "Paramparça" filmi ilə tamaşaçıların qarşısına çıxıb.

Parman bu günlərdə isə verdiyi bir açıqlama ilə gündəmə gəlib. O, Alper Kuyumcu adlı bir pərəstişkarı tərəfindən təcavüzə uğradığını deyib:

"Alanyada evimiz var, ana tərəfim də alanyalı. Mənə Alanyaya gəlmək və mənimlə tanış olmaq istədiyini söylədi. Yarım saat mənə dil tökdü, pərəstişkarım olduğunu dedi. Onunla görüşdüm, həmin an cinsi istəklərindən danışdı. Ona ondan 10 yaş böyük olduğumu, ərimi çox sevdiyimi söylədim. Əlinə silah alıb, məni öldürməklə təhdid etdi. Qışqırsan, ətrafdakı hamını öldürəcəyini dedi. Məcbur birlikdə oldum. Sonra polisə getdim".

Alper Kuyumcu isə aktrisanın iddialarını rədd edib və "1999-cu ildə onunla tez-tez gizli görüşürdük" söyləyib.