“Erkenci kuş” serialının çəkilişlərində tanış olub, eşq yaşamağa başlayan Can Yaman və Demet Özdemir cütlüyünün ayrıldığı iddia edilib.

Axşam.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Bilal Özcan məlumat verib.

Bildirilir ki, 11 aydır sevgili olan Canla Demet birlikdə getdikləri tətildən qayıdandan sonra ayrılıb.

Hətta D.Özdemirin aktyor Birand Tunca ilə yeni sevgi münasibətinə başladığı da yazılıb.
Sevgililər isə bütün bu iddialar qarşısında səssiz qalmağı üstün tutublar.

 
 
 


                 

Digər