Elvindən sevgi etirafı: "Aşiqəm"

Elvindən sevgi etirafı:  "Aşiqəm"
5058 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev yeni "Aşiqəm" adlı mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi sənətçinin özünə məxsusdur.

Elvin bildirib ki, yay olmasına baxmayaraq, hələ də istirahət haqda düşünmür:

"Sənət istirahət sevmir. Mən ilin 12 ayı yaradıcılığım haqda düşünürəm. Hətta etiraf edim ki, dincəlməyə gedəndə ən gözəl mahnılarımı bəstələyirəm. Çünki həmin an insan başqa ab-havada olur. "Aşiqəm" mahnımı sevənlərə həsr edirəm. Sevib, hisslərini büruzə verə bilməyənlərin nəğməsi olacaq. Hər kəs bu mahnı ilə sevgi etirafını edə bilər".

Sənətçi yeni mahnısı ilə birlikdə fotosessiya da etdirib.