Fırtınada itən qadın ilyarım sonra sağ tapıldı - Fotolar

Fırtınada itən qadın ilyarım sonra sağ tapıldı - Fotolar
8029 dəfə oxunub
  • A-
  • A
  • A+

İndoneziyalı qadının başına gələn hadisə bütün dünyanı heyrətə gətirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı Nininq Sunarsix Yava adasındakı tətil mərkəzində istirahət etməyə gedib.

Ancaq bir gün dənizdə güclü fırtına yaranıb. Nəhəng dalğa sahilə doğru yönəlib və qadını dənizə atıb. O, qışqıraraq kömək istəsə də, fırtınaya görə heç kim dənizə yaxınlaşmayıb. Hava sakitləşdikdən sonra qadının axtarışlarına başlanıb. Bir neçə gün sürən axtarışlarda heç bir nəticə əldə edilməyib.

İlyarım sonra Sunarsixin dayısı onu yuxuda görməyə başlayır. Əvvəllər darıxdığı üçün yuxusuna girdiyini düşünən kişi, eyni hal hər gecə takrarlandığından bunu yaxınları ilə bölüşməyə qərar verir. Kişinin sözlərinə görə, o Sunarsixi həmin adada yatarkən görürmüş. Ailə yenidən həmin adaya yollanır. Elə əsl möcüzə də bu zaman baş verir. Qadın fırtınaya düşdüyü gün geyindiyi paltarda sahildə huşsuz halda tapılır. Dərhal xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Sunarsix komada olduğu üçün başına nə gəldiyini, bu müddətdə harda olduğunu isə heç kim bilmir.