"Burada havanı 10 manata satırlar" - İstirahət mərkəzindən gileyləndi

"Burada havanı 10 manata satırlar" -  İstirahət mərkəzindən gileyləndi
5251 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Xuraman Əlizadə şəhərdə yerləşən istirahət mərkəzlərindən gileylənib.

Axşam.az-ın məlumatına görə, o, ailəsi ilə getdiyi məkandan video paylaşaraq, qarşılaşdıqlarını deyib. Xuraman bildirib ki, dolu olan məkanlarda havanı belə pulla "satırlar":

"Bütün məkanlar doludur, yer yoxdur. Sonra da insanlar deyir ki, pul yoxdur. Gözəl inkişaf gedir. Amma bir şey mənə maraqlıdır: "bisetkada" oturmuşuq. Yanımızda qapısı, pəncərəsi olan otaq var. Bu otaqla "bisetka" arasında 10 manat fərq var. Bizə burada havanı 10 manata satırlar. Söhbət 10 manatdan getmir, sadəcə, adam özünü qəribə hiss edir.

Özəl məkandır, heç nə deyə bilmərik. Amma gələndə "çayevoy"dan əlavə cibinizə 10 manat da qoyun ki, gəlib əməkdaşlar artıq istəyəndə, pərt olmayasız".

Danışarkən ağlayan Xuraman köklüyünü ələ salanlardan da bəhs edib:

"Bir az yorğunam, fiziki yox, mənəvi... Bəzən insan hər şeydən yorulur. Bayaq bir kök xanım yazıb ki, necə belə kompleksizsiniz, rəqs edirsiz. Mən buyam, quruluşum, çəkim budur. Kompleksə düşdüyüm, çəkindiyim anlar olub. Adama bəzən elə qəribə baxırlar ki... Özümə çox qapanıram, siz etməyin. Girin hamam da, maşında qışqırın, ürəyinizə almayın".