Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində

Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində
5836 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

Axşam.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.