Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı - Fotolar

Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı - Fotolar
23260 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elxan Yunisin ilk evliliyindən olan qızını gizlətdiyi ortaya çıxıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi birinci dəfə 1994-cü ilin noyabrında ailə qurub. Cütlüyün üç il sonra – 1997-ci ildə Əfsanə adlı qızı dünyaya gəlib.

2000-ci ildə isə evlilik başa çatıb. İddia edilir ki, boşanmaya aktyorun ailəsinə qarşı soyuq münasibəti səbəb olub.

Elə həmin dövrdən də Elxan Yunisin qızı ilə münasibəti kəsilib. Onlar 19 il ərzində yalnız sənədlərlə bağlı rəsmi prosedurlar zamanı görüşüblər.

Hazırda Əfsanə nənəsi ilə birgə Gəncədə yaşayır və gözəllik salonu sahibidir. Anası isə ikinci dəfə ailə quraraq Rusiyaya köçüb.

Qeyd edək ki, Elxan Yunis mediada hər zaman yalnız ikinci evliliyindən dünyaya gələn övladları haqda danışıb. Onun bu izdivacdan iki qızı və bir oğlu var.