Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi
1842 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov 95 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

O, 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib, 1988–ci ildən kafedranın professorudur.

Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidməti var.

Allah rəhmət etsin!