Sevgililər selfi çəkib, intihar etdilər

Sevgililər selfi çəkib, intihar etdilər
6617 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda yaşayan 23 yaşlı adı açıqlanmayan qadın keçmiş sevgilisi ilə birlikdə intihar edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Bahanvarlal Mudhan adlı şəxs gənc qadınla uzun müddət sevgili olub. Lakin ailəsi qadını başqa adamla evləndirib.

Sevgilisindən ayrı qala bilməyən qadın onun yaşadığı kəndə gedib. Sevgililər meşədə bir-birinin başına silah dayayaraq selfi çəkib, sosial şəbəkədə paylaşıb, daha sonra isə intihar ediblər.

Mundhan hadisədən əvvəl qardaşına zəng vurararaq intihar edəcəyini deyib. Polis 3 gün sonra cütlüyün cəsədini tapıb. Mundhan ölmədən öncə çəkdiyi videoda ölümündə heç kimin günahı olmadığını deyib.