Albalı şirəsinin faydaları

Albalı şirəsinin faydaları
5022 dəfə oxunub
  • A-
  • A
  • A+

Albalı şirəsi faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində A, C, E, P, B qrupu, fol turşusu kimi vitaminlər, kalsium, kalium, maqnezium, fosfor, dəmir kimi minerallar var.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərkibində dəmir və fol turşusu olan bu turşməzə meyvə uşaqlarda və böyüklərdə qanazlığı zamanı çox faydalıdır. Eyni zamanda iştah açıcı xüsusiyəti uşaqlarda iştahsızlıq problemini aradan qaldırır. Ürək-damar sisteminə müsbət təsir edir - damarları möhkəmləndirir, daha elastik edir, arterial təzyiqi və qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır. Kardioloqlar pasientlərinə hər gün 1/2-1 stəkan albalı şirəsi qəbul etməyi tövsiyə edirlər. Antioksidantlarla zəngin olan albalı şirəsi xərçəng əleyhinə təsirə malikdir.

Eyni zamanda yorğunluğu və baş ağrılarını azaldır, sakitləşdirir, yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir, yaddaşı möhkəmləndirir.