Məşhurlarımız bu yay harada istirahət edəcək?

Məşhurlarımız bu yay harada istirahət edəcək?
3882 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay fəsli gələn kimi hamı istirahətə can atır. Kimi xarici ölkəyə üz tutur, kimi də ölkəmizin səfalı guşələrindən birində istirahət edir. Bəs, məşhurlar hansı ölkələrə üstünlük verirlər?

Axşam.az mövzu ilə bağlı Lent.az-ın sorğusunu təqdim edir:

Murad Dadaşov rayonların birində dincəlmək istədiyini bildirib:

“TV-də bir çox işlərim var. İstirahət etməyə vaxtım yoxdur. Əgər zaman olsa, rayonlarımızdan birində istirahət edəcəm. Bəlkə də yaşla bağlıdır, isti ölkələr, dəniz artıq mənə maraqlı gəlmir. Sərin, dağ ətəyi rayonlarımızda dincəlmək istəyirəm. Vaxt tapan kimi Zaqatalada və ya başqa bir rayonda dincələcəm”.

Könül Kərimova isə hələ istirahət edəcəyi yeri planlaşdırmayıb:

“Klip çəkdirirəm yeni mahnım yazılır, ona görə bu dəqiqə istirahət haqqında düşünmürəm. İşlərim bitdikdən sonra yəqin ki, istirahət edəcəm”.

Kərim Abbasov Türkiyədə dincəlmək istədiyini söyləyib:

“Hələ dəqiq bilmirəm ancaq Türkiyədə istirahət etməyi düşünürəm. Harada dincəlsəm İnstaqramda görəcəklər”.

Günay İbrahimli isə harada istirahət edəcəyinə qərar verməyib:

“Yeni klip çəkdirirəm, təzə mahnılar yazılır - buna görə də, hələki ölkədəyəm. Ancaq işlərim bitdikdən sonra dincəlmək üçün mütləq başqa yerə gedəcəm. Xaricdə dincəlmək istəyirəm amma hansı ölkə olacağına konkret qərar verməmişəm”.

Roza Zərgərli də işlə başı qarışan müğənnilər sırasındadır:

“İşlərimin çoxluğundan istirahəti planlaşdırmamışam. Əgər vaxtım olsa, dincəlmək haqqında düşünəcəm”.

Mətanət Əsədova bildirib ki istirahət etməyə vaxtı yoxdur:

“İstirahət etməyə vaxtım yoxdur. Nə istirahət? İşlərim çoxdur”.

Nazilə Səfərli isə Gürcüstanda dincələcəyini deyib:

“Gürcüstanda 24 sot torpaq almışam, işlərim bitən kimi həm sahəmə baş çəkmək, həm də istirahət üçün oraya gedəcəm. Hələ ki, buna vaxtım yoxdur. Yay fəsli bilirsiz ki, toy mövsümüdür. İşi zəif olan insanlar özləri üçün istirahət edirlər. Çox güman ki, sentyabrda özümə zaman ayıra biləcəm”.

Oksana Rəsulova isə artıq istirahətə yollandığını bildirib:

“Hazırda tətildəyəm, Türkiyənin Antalya şəhərində istirahət edirəm. İşlərimlə bağlı bir neçə gün sonra ölkəyə qayıdacam. Həm də oğlum Osmanı qoyub gəldiyim üçün çox narahatam. Əslində çəkildiyim filmdəki obraz üçün qaralmalı idim, buna görə tək gəlməli oldum. İyul ayının sonunda filmi yekunlaşdırmalıyıq. Film bitdikdən sonra avqust ayında Osmanla birlikdə xarici ölkələrin birində yenidən istirahət edəcəm”.