ATV aparıcını təmtəraqla yola saldı - Fotolar

ATV aparıcını təmtəraqla yola saldı - Fotolar
6221 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV xəbər”in aparıcısı Ceyhun Səfərov işindən ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə telekanalın saytı məlumat yayıb.

Bildirilir ki, Səfərov bundan sonra dövlət qurumlarından birində çalışacaq. 

***

Ceyhun Səfərov telekanalda uzunmüddətli uğurlu fəaliyyətinə görə  “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsini alıb.

Bununla əlaqədar Xəbərlər departamentinin işciləri ilə telekanalda yığıncaq keçirilib. Telekanalın prezidenti Azər Xəlilov qeyd edib ki, Ceyhun Səfərov ATV-də fəaliyyəti dövründə yüksək jurnalist peşəkarlığı ilə seçilib. Göstərilən diqqətə və fəaliyyətinə verilən böyük qiymətə görə Ceyhun Səfərov kanalın rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, C.Səfərov 2003-cü ildən ATV-də çalışırdı.