Aygünlə küsülü olsa da, biganə qalmadı - Video

Aygünlə küsülü olsa da, biganə qalmadı - Video
4412 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Jara” musiqi festivalının “Pre-party”sinə qatılanlar arasında illərdir küsülü olan Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova da olub.

Axşam.az xəbər verir ki, Kazımova gecəyə qızı İlqarə ilə qatılıb. Onlar partiyə daxil olarkən Dadaşova səhnədə mahnılarını səsləndirib.

Gecənin irəliləyən dəqiqələrində isə Aygün Kazımova səhnəyə çıxıb. Küsülü olduğu Brilliant onun ifasına biganə qalmayıb və rəfiqələri ilə rəqs etməyə başlayıb.

Sözügedən görüntüləri təqdim edirik: