"Megafun"da helium şarı partladı

"Megafun"da helium şarı partladı
3136 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş verməyib.

Qeyd edək ki, hadisə nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfərin yüngün bədən xəsarətləri aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.